00:28 09-10-2009
news_image
806
STOLÜSTÜ OYUNLAR

Qisas qiyamətə qalmaz!

Çinin Nantzin şəhərində təşkil olunan şahmat üzrə “Böyük dəbilqə” turnirində bu gün sonuncu tur keçiriləcək. Apasport.az saytının məlumatına görə, bu, Azərbaycan şahmatçısı Teymur Rəcəbovun yarışda qələbə qazanması üçün son şansdır.

Keçirdiyi 9 görüşün 7-də heç-heçə edən təmsilçimiz 2 dəfə məğlubiyyətlə üzləşib. Hazırda o, 3,5 xalla 6 şahmatçı arasında 5-6-cı yerləri bölüşdürür. Axırıncı turda Rəcəbov ağ fiqurlarla norveçlı Maqnus Karlsenə qarşı mübarizə aparacaq. Teymurun məğlubiyyətlərindən biri də məhz Karslenlə V turdakı görüşə təsadüf edib. İndi həmyerlimiz bu məğlubiyyətin əvəzini çıxmalıdır.

Onu da qeyd edək ki, Karlsen 7 xalla artıq turnirin qalibi adını təmin edib.