12:59 13-10-2009
news_image
682
DİGƏR NÖVLƏR

Azərbaycan - Çili - 0:0

Azərbaycanın qadın otüstü hokkeyçilərdən ibarət milli komandası Cənubi Afrika Respublikasının Keyptaun şəhərində keçirilən “Çelenc-1” yarışında növbəti matçına çıxıb. Apasport.az saytının məlumatına görə, A qrupunda yer alan yığmamız Çilini sınağa çəkib. Tərəflərin 70 dəqiqəlik mübarizəsi 0:0 hesabı ilə nəticələnib.

Hazıra komandamız 1 xalla qrupda sonuncu yeri tutur. Joa Hanqın yetirmələri birinci oyunda Yaponiyaya 0:5 hesabı ilə uduzmuşdu. Sabah otüstü hokkeyçilərimiz son tur çərçivəsində meydan sahibləri ilə görüşəcək.

Qeyd edək ki, reytinq xarakterli turnirdə 7 komanda qüvvəsini sınayır. Reqlamentə əsasən, qrupda ilk iki yeri tutacaq kollektivlər sonradan mübarizəni yeni yaradılacaq C qrupunda medallar uğrunda yarışacaqlar. A qrupunda 3-cü və 4-cü, həmçinin B qrupunda 3-cü pillədə qərarlaşacaq yığmalar isə daha sonra yeni yaradılacaq D qrupunda (5-7-ci yerlər uğrunda mübarizə) oynayacaqlar.