16:08 13-10-2009
news_image
504
DİGƏR NÖVLƏR

İdmançının meyiti oteldə tapıldı

Seneqalın otellərinin birində Belçika velosipedçisi Frank Vandenbrukun meyiti aşkarlanıb. Apasport.az saytının məlumatına görə, 34 yaşlı idmançının ölümünə emboliya - qan damarlarının və ya limfatik damarların qanın yaxud limfanın gətirdiyi yad hissəciklərlə (embollarla) tutulması xəstəliyindən dünyasını dəyişib.

Vandenbruk ötən əsrin 90-ci illərinin sonlarında planetin ən tanınmış velosipedçilərindən biri olub. Sonradan narkotik maddələrə aludə olduğundan. onun karyerasında eniş dövrü başlayıb. Belçikalı ilk dəfə 1999-cu ildə istifadəsi qadağan olunmuş dərman preparatının qəbulunda günahkar bilinib. Bundan 5 il sonra eritpopoetin, amfetamin, morfi qəbul edib və nəhayət, 2005-ci ildə günahkar sayılaraq, idmandan uzaqlaşdırılıb. Eyni zamanda, o, 250 min avro cərimələnib.

2007-ci ildə isə Frank özünə sui-qəsd etmək istəyib. Hər halda, tədricən özünü toparlayan belçikalı ötən il idmana qayıdıb və “Mitsubişi-Cartazi” komandasının heyətində yer alıb. Ancaq çox keçməmiş Belçika polisi onu kokain alarkən yaxalayıb. Bununla da, Vandenbruk komandadan qovulub.