18:20 13-10-2009
news_image
553
DİGƏR NÖVLƏR

Həmyerlilərimiz İslandiyaya üzməyə gedirlər

Azərbaycanın paralimpiyaçı üzgüçülərdən ibarət milli komandası sabah İslandiyanın paytaxtı Reykvyavik şəhərinə yola düşür. Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, səfərdə məqsəd Avropa çempionatının seçmə mərhələsinə qatılmaqdır.

10 gün davam edəcək yarışda ölkəmizin şərəfini iki idmançı - Serqey Plujnikov və Kənan Pirizadə qoruyacaq. Gənc məşqçi Andrey Plujnikovun yetirmələri olan bu gənc həmyerlilərimiz üzgüçülüyün bütün növlərində güclərini sınayacaqlar.