10:39 15-10-2009
news_image
623
DİGƏR NÖVLƏR

Milli komandamız nə vaxt qol vuracaq?

Cənubi Afrika Respublikasının (CAR) Keyptaun şəhərində qadın otüstü hokkeyçilərdən ibarət milli komandalar arasında təşkil olunan “Çelenc-1” yarışının ilk mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının da qatıldığı turnirin birinci mərhələsində 7 kollektiv iki qrupda mübarizə aparıb.

Hokkeyçilərimiz A qrupunda uğursuzluğa düçar olub. Yığmamız son oyunda CAR-a boyun əyib - 0:3. Öncə Yaponiya (0:5) və Çili (0:0) ilə qarşılaşmış komandamız qrup mərhələsini bir xalla axırıncı pillədə bitirib. Özü də Joa Hanqın yetirmələri bir qol belə, vurmağı bacarmayıblar.

Beləliklə, həmyerlilərimiz mübarizəni D qrupunda (5-7-ci yerlər uğrunda) davam etdirəcək. Burada Azərbaycan, Çili və İtaliya yer alıb. “Qızıl xal” prinsipi saxlanıldığından, Çili ilə ikinci dəfə oynamağımıza ehtiyac qalmayıb. Yığmamız oktyabrın 17-də İtaliyanı sınağa çəkəcək.