12:34 19-10-2009
news_image
708
DİGƏR NÖVLƏR

Azərbaycan çempionatında “Qızıl oyun” olacaqmı?

Otüstü hokkey üzrə kişi və qadınlardan ibarət komandalar arasında Azərbaycan çempionatında növbəti turun oyunları keçirilib. Bu haqda apasport.az saytına məlumat verən Azərbaycan Otüstü Hokkey Federasiyasının mətbuat katibi Yaqub Nuriyevin sözlərinə görə, hesabat turunda 8 matç baş tutub.

Respublika Otüstü Hokkey Kompleksində gerçəkləşən qarşılaşmalar nəticəsində kişilərin çempionatında yüksək dəstədə vəziyyət bir qədər də mürəkkəbləşib. Sona iki tur qalmış “Akkord” “Atasport”dan 3 xal geri qalır. Bu komandaların xalları bərabər olacağı təqdirdə, onlar “Qızıl oyun”da üz-üzə gələcəklər. Həmçinin, qadınların yarışında Nizami RİOEUGİM və “Atasport-2” klubları da “Qızıl oyun”da bir-birlərini sınağa çəkə bilərlər.

Qadınların çempionatında, eləcə kişilərin yarışında II dəstənin son turu bu həftəsonu olacaq. Yüksək və I dəstədə çıxış edən kişi komandalarının çempionatı isə oktyabrın 31-də yekunlaşacaq.

Kişilər
Yüksək dəstə
X tur

“Atasport” (Bakı) - “Şahdağ” (Qusar) - 5:1
“Göytəpə” (Cəlilabad) - “Akkord” (Bakı) - 1:13

1. “Atasport” - 27 xal
2. “Akkord” - 24
3. “Şahdağ” - 9
4. “Göytəpə” - 0

Qeyd: “Göytəpə” yüksək dəstədə yerini itirib.

I dəstə
X tur

“Gənclik” (Sumqayıt) - “Təhsil” (Bakı) - 6:0
“Gəncə” - “Kür” (Mingəçevir) - 2:1

1. “Gənclik” - 30 xal
2. “Gəncə” - 19
3. “Kür” - 8
4. “Təhsil” - 1

Qeyd: “Təhsil” I dəstədə yerini itirib.

II dəstə
IX tur

Nizami RİOEUGİM - “Olimp” (Masallı) - 4:1
“Xəzər” (Lənkəran) - “Şəki” - 1:1

1. Nizami RİOEUGİM - 21 xal
2. “Şəki” - 10
3. “Xəzər” - 8
4. “Olimp” - 8
5. “Astara” - 4

Qeyd: Nizami RİOEUGİM I dəstəyə vəsiqəni təmin edib.

Qadınlar
IX tur

“Atasport-2” (Bakı) - “Bakı” - 6:0
“Şahdağ” (Qusar) - Nizami RİOEUGİM - 1:11

1. Nizami RİOEUGİM - 18 xal
2. “Atasport-2” - 18
3. “Bakı” - 12
4. “Xəzər” (Lənkəran) - 4
5. “Şahdağ” - 1