14:20 19-10-2009
news_image
631
DİGƏR NÖVLƏR

Daha 3 idmançı yarış zamanı öldü

ABŞ-ın Detroyt şəhərində keçirilən ənənəvi marafon yürüşü faciə ilə nəticələnib. Apasport.az saytının məlumatına görə, idmançılardan üçü finiş xəttinə çatmamış dünyasını dəyişib. Yarış zamanı iş başında olan 6 tibbi briqadanın bütün səylərinə baxmayaraq, atletlərin həyatını xilas etmək mümkün olmayıb.

Onlardan birincisi – 36 yaşlı Daniel Lenqdon məsafənin 11-12 millik hissəsində yerə yıxılaraq vəfat edib. Elə həmin məsafədə, gənc həmkarından xeyli geri qalan 65 yaşlı Braun da dünyasını dəyişib. 26 yaşlı Con Fenlonun isə 42 kilometr 195 metrlik marafonun təxminən yarısını ürəyi dayanıb. Hər 3 idmançı marafon ərəfəsində sağlamlıq haqda arayış təqdim etsə də, onların ürəklərindəki problemlərin hadisəyə səbəb olduğu ehtimal olunur.