18:06 20-10-2009
news_image
1115
STOLÜSTÜ OYUNLAR

Gəncədən gəlirəm, yüküm medaldır...

Gəncə Uşaq-Gənclər İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Şahmat Dama Məktəbinin fəaliyyətinin 30 illik yubileyi münasibətilə "Uşaq ili - 2009" I beynəlxalq şahmat festivalı keçirilib. Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumatına görə, yarışa həmyerlilərimizlə yanaşı, Türkiyə və Böyük Britaniya təmsilçiləri də qatılıblar.

Gəncə Olimpiya Kompleksində 106 zəka sahibi İsveçrə sistemi üzrə 9 turda mübarizə aparıb. Yekunda Masallı şahmatçısı Şücaət Orucov 8 xalla qalib adını qazanıb. 7,5 xala malik Anar Ələkbərov (Bakı) ikinci, Nuri Murad (Sumqayıt) isə üçüncü yeri tutub. Yarışın ümumi mükafat fondu 2000 manat olub.