21:51 20-10-2009
news_image
773
DİGƏR NÖVLƏR

Milli komandamızın üzvü İtaliya klubunda

Azərbaycan gimnastları növbəti yarışa hazırlaşırlar. Apasport.az saytının məlumatına görə, oktyabrın 24-də İtaliyada start götürəcək ölkə çempionatında iki idmançımıza da qüvvəsini sınayacaq. Milli komandamızın üzvü Anna Qurbanova “Komense”, Aliyə Qarayeva isə “Ardor” klubunun heyətində mübarizə aparacaq.
Üç mərhələdən və finaldan ibarət olacaq İtaliya çempionatının həlledici mərhələsi dekabrın 5-də təşkil olunacaq.