13:08 21-10-2009
news_image
776
DİGƏR NÖVLƏR

Azərbaycan milli komandası: Avropada 6-cı, dünyada 13-cü

Beynəlxalq Otüstü Hokkey Federasiyası qadınlardan ibarət milli komandalar üçün növbəti reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, ötən həftə Cənubi Afrika Respublikasının Keyptaun şəhərində keçirilmiş “Çelenc-1” yarışında uğursuzluğa düçar olmuş Azərbaycan yığmasının mövqeyində dəyişiklik yoxdur. Joa Hanqın rəhbərlik etdiyi kollektiv 923 xalla planetin 61 komandası arasında 13-cü yeri tutur. Avropa təmsilçiləri arasında isə otüstü hokkeyçilərimiz daha yüksək pillədə qərarlaşıblar. Son iki qitə çempionatının yekunlarına əsasən, 775 xala malik yığmamız 6-cı sıradadır.

Qeyd edək ki, həm dünyanın, həm də Avropanın ən güclü komandası Hollandiya sayılır.