17:25 23-10-2009
news_image
595
DİGƏR NÖVLƏR

Türkiyəyə 13, Gürcüstana 10, Danimarkaya 2 idmançı ilə

Azərbaycan qılıncoynadanları qarşıdakı 12 gün ərzində 3 beynəlxalq turnirdə çıxış edəcəklər. Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın apasport.az saytına verdiyi məlumata görə, qılıncoynatma yığmamızın üzvləri Türkiyə, Gürcüstan və Danimarkada ölkəmizin şərəfini qoruyacaqlar.

Türkiyənin Trabzon şəhərində təşkil olunan yeniyetmələrin yarışına 13 idmançımız yollanıb. Ayın 26-dək davam edəcək turnirə aparılmış heyətdə Hüseyn Dadaşov, Ruslan Bizyayev, Əziz Quliyev, Fərda Məmmədov, Nəcəf Məhərrəmov, Həsən Əliyev, Dilarə Quliyeva, Yekaterina Proxorova, Fatma İbrahimova, Arzu Kərimova , Yuliya Bayramova, Nəzrin Əlizadə və Əminə Novruzova yer alıb.

25-29 oktyabr aralığında isə qılıncoynadanlarımız Kutaisi şəhərində keçiriləcək Gürcüstanın açıq çempionatına qatılacaqlar. Orada Cahangir Səfərov, Ramin Əmirov, Tural.Orucov, Afiz Quliyev, Vəkil Nəsibov, Etibar Namazov, Aysel Mirzəyeva, Elmira Xudaverdiyeva, Nigar Abbasova və Aydan Abbasova qüvvəsini sınayacaq.

Oktyabrın 30-da Danimarkanın Osende şəhərində start götürəcək gənclər arasında Avropa çempionatına da həmyerlilərimiz yollanacaqlar. Qitə birinciliyində baş məşqçi Tahir Həkimovun iki yetirməsi Kənan Əliyev və Vüqar Ağakişiyev qılınclarını işə salacaqlar.