22:57 27-10-2009
news_image
1757
STOLÜSTÜ OYUNLAR

Heç-heçələr günü - YENİLƏNİB

Serbiyanın Novi Sad şəhərində təşkil olunan şahmat yığmalarının Avropa çempionatında bu gün VI turun görüşləri keçiriləcək.

Apasport.az saytının məlumatına görə, bu turda kişilərdən ibarət milli komandamız Rusiya, qadınlarımız isə Gürcüstanla qarşılaşacaq. Oyunlar Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.

Hazırda kişi şahmatçılarımız 10 xalla birinci pillədə qərarlaşıb. 8 xal toplamış xanımlarımızın komandası isə lider Gürcüstandan 1 xal geri qalır. Növbəti qələbə sayəsində yığmamız zirvəyə yüksələ bilər.




VI tur

Kişilər
Azərbaycan - Rusiya - 2:2

1. Teymur Rəcəbov (2757) - Pyotr Svidler (2741) - 0,5:0,5
2. Vüqar Həşimov (2740) - Dmitri Yakovenko (2742) - 0,5:0,5
3. Qədir Hüseynov (2667) - Yevgeni Alekseyev (2725) - 0,5:0,5
4. Şəhriyar Məmmədyarov (2721) - Yevgeni Tomaşevski (2688) - 0,5:0,5

İlk üç lövhədə erkən heç-heçə qeydə alınıb. Rəcəbovla Həşimov artıq 21, Hüseynov isə 26-cı gedişdə rəqibi ilə xalları yarı bölüb. Qarşılaşmanın yekun nəticəsi dördüncü lövhədə Məmmədyarovun Tomaşevski ilə görüşündə bəlli olub. Amma rus qrossmeyster ağ fiqurlarla oynamasına baxmayaraq, həmyerlimizə heç-heçə təklif edib.

Qadınlar
Gürcüstan - Azərbaycan - 2:2

1. Nana Caqnidze (2535) - Zeynəb Məmmədyarova (2285) - 0:1
2. Lela Cavakişvili (2472) - Nərmin Kazımova (2228) - 0,5:0,5
3. Nino Xurtsidze (2420) - Xəyalə İsgəndərova (2212) - 1:0
4. Bela Xotenaşvili (2438) - Gülnar Məmmədova (2209) - 0,5:0,5
Gürcüstan - Azərbaycan qarşılaşmasında ilk görüş başa çatıb. Dördüncü lövhədə oynayan Gülnar Məmmədova qara fiqurlarla 39-cu gedişdə hesabımıza yarım xal qazandırıb.
Üçüncü lövhədə Xəyalə İsgəndərova üzərində qələbə qazanan gürcüstan təmsilçisi komandasına 1 xal qazandırmaqla, hesabı bərabərləşdirib.
Daha bir partiya başa çatdı. İkinci lövhədə Nərmin Kazımova rəqibi ilə xalları yarı bölüb. Bununla da, Gürcüstan - Azərbaycan qarşılaşmasında 2:2 hesabı qeydə alınıb.