17:28 28-10-2009
news_image
2319
DİGƏR NÖVLƏR

Bir biletə bir seks - FOTO

ABŞ polisi Filadelfiyanın 43 yaşlı sakini Syuzen Finkelşteyni saxlayıb. Apasport.az saytının məlumatına görə, Finkelşteyn Amerika Beysbol Liqasının (MLB) final matçına bilet qazanmaq üçün seksual xidmətlər təklif etməkdə günahlandırılır.

Belə ki, adıçəkilən qadın populyar “Craigslist” saytında elan yerləşdirib. Elanda özünü gözəl sarışın xanım kimi təqdim edən Finkelşteyn qeyd edib ki, MLB-in həlledici matçına iki bilet müqabilində, istənilən şəxslə cinsi əlaqəyə girməyə hazırdır.

Amma Syuzenin arzusu ürəyində qalıb. Daha doğrusu, o, polisin qurduğu tələyə düşüb. Polis nümayəndələrindən biri elana müsbət cavab verdikdən sonra Finkelşteyn bilet müqabilində, qarşı tərəfin seksual arzularını həyata keçirəcəyini bildirib. Məhz bunun ardından Syuzen həbs olunub. İttiham edilən qadın “Filadelfiya Fillis” klubunun azarkeşi sayılır.