17:38 30-10-2009
news_image
3422
DİGƏR NÖVLƏR

Yıxıldı, durdu, vurdu və hönkür-hönkür ağladı - FOTOSESSİYA

Qətərin paytaxtı Dohada təşkil olunan qadın tennisçilər arasında beynəlxalq turnirin üçüncü günündə maraqlı anlar yaşanıb. Apasport.az saytının məlumatına görə, dünyanın bir nömrəli xanım tennisçisi rusiyalı Dinara Safina zədələndiyindən, onu həmvətəni Vera Zvonareva əvəzləyib. Vera isə ilk görüşdə uğursuzluğa düçar olub. O, danimarkalı Karoline Vozniatskinin inanılmaz oyunu qarşısında duruş gətirə bilməyib.

Belə ki, sol ayağından ciddi zədələnməsinə və matçboyu axsamasına baxmayaraq, 19 yaşlı tennisçi özündən güclü Zvonarevaya qalib gəlib - 2:1 (6:0; 6:7; 6:4). Oyun ərzində bir neçə dəfə yerdə qalan Karoline son zərbəsinin hesaba alınmasını gördükdən sonra hönkür-hönkür ağlamağa başlayıb. Beləliklə, danimarkalı xanım yarımfinalda iştirak hüququna yiyələnib. Onun möhkəm iradəsini və layiqli mübarizəsini isə azarkeşlər ayaqüstə alqışlayıblar.