11:57 31-10-2009
news_image
635
DİGƏR NÖVLƏR

Dos Santos dopinqdə ilişdi

Braziliyalı dünya çempionu Dayan dos Santos dopinqdə ilişib. Apasport.az saytının məlumatına görə, 2003-cü ildə idman gimnastikasında sərbəst hərəkətlər üzrə qızıl medal qazanan 26 yaşlı Santosun qanında istifadəsi qadağan olunmuş preparat - diuretika forosemidası aşkarlanıb. Bunu Beynəlxalq Gimnastika Federasiyası bəyan edib. İdmançı yarışdan kənar müddətdə dopinq test verib və bu, müsbət çıxıb.

Qeyd edək ki, dos Santos ötən il Pekin Yay Olimpiya Oyunlarından sonra dizindəki zədə ucbatından çıxış etmir. Onun baş verən vəziyyəti izah etmək və apelyasiya vermək üçün 21 gün vaxtı var. Braziliyalı idmançının günahı sübut olunarsa, o, iki il diskvalifikasiya ediləcək.