16:37 01-11-2009
news_image
760
STOLÜSTÜ OYUNLAR

Zurab Azmayparaşvili: “Komandamız Avropa çempionu olub, əla hislərdir

“Komandamız Avropa çempionu olub, əla hislərdir. Avropa çempionatında bu uğuru qazanmaq üçün əlimizdən gələni etdik”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan şahmat yığmasının kapitanı Zurab Azmayparaşvili deyib.

O, bildirib ki, qitə çempionatında bir komanda kimi bir-birilərinə inanıblar: “Bu da qəti qələbənin rəhni oldu. Nailiyyətlərimiz dövlətimizin bizə böyük diqqət və qayğısının bəhrəsidir”.