13:02 03-11-2009
news_image
543
DİGƏR NÖVLƏR

Serena Uilyamsdan yeni rekord

Amerikalı qadın tennisçi Serena Uilyams yeni dünya rekordu müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, 28 yaşlı idmançı 2009-cu ildə 6,5 milyon ABŞ dolları mükafat qazanıb. Bu göstərici qadın tennisində yeni rekorddur.

Serena gələn il tennisə qayıdacaq həmkarı Jüstin Enenin göstəricisini yaxşılaşdırıb. Belçikalı sabiq “1 nömrə” 2007-ci ildə bir mövsümdə 5,5 milyon dollar qazanmışdı. Serena cari mövsümdə “Böyük dəbilqə”yə daxil olan iki turniri – Avstraliyanın açıq çempionatı və “Uimbldon”u, ötən həftə isə Qətərin paytaxtı Dohada keçirilən beynəlxalq turnirdə qalib olub. O, karyerasında ümumilikdə 28,5 milyon dollara sahib çıxıb. Elə bu da qadın tennisi tarixində rekorddur.

Qeyd edək ki, Serena bu həftə dünya reytinq siyahısında liderliyini qaytarıb.