09:33 04-11-2009
news_image
625
STOLÜSTÜ OYUNLAR

Şahmatçılarımız bu dəfə Antalyaya gedirlər

Noyabrın 11-də Türkiyənin Antalya şəhərində 8-18 yaşadək oğlan və qızlar arasında şahmat üzrə dünya çempionatı start götürəcək. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycanın zəka sahibləri də iştirak edəcəklər. Mötəbər turnirdə ölkəmizin şərəfini 34 şahmatçı qoruyacaq. Onların arasında dünya və Avropa çempionatlarının, beynəlxalq turnirlərin mükafatçıları yer alıb. 11 turdan ibarət dünya çempionatına noyabrın 22-də yekun vurulacaq.

Mənbə: AzərTAc