17:16 05-11-2009
news_image
1211
DİGƏR NÖVLƏR

Məşhur idmançının yeni gözaltısı - FOTO

Tanınmış tennisçi Mariya Şarapova özünə yeni sevgili tapıb. Apasport.az saytının məlumatına görə, dünyada ən gözəl qadın tennisçilərdən sayılan 22 yaşlı rusiyalı “Los Anceles Leykers” klubunun basketbolçusu Saşa Vuyaçiçlə görüşür. Bundan öncə Şarapova məşhur milyonerin oğlu Çarli Eberlo ilə eşq macərası yaşayırdı.

Ancaq mətbuat Mariyanın artıq bu zəngin insanla ayrıldığını və Vuyaçiçlə sevişməyə başladığını iddia edir. Onlar Kaliforniyada eyni yaşayış kompleksində məskunlaşıblar. Bu yaxınlarda isə Şarapova yeni sevgilisi ilə konsertdə nəzərə çarpıb.