14:21 07-11-2009
news_image
1011
DİGƏR NÖVLƏR

Şok: Robotlar arasında olimpiada keçirilir!

2010-cu ildə Çində robotlar arasında olimpiya oyunları keçirilə bilər. Apasport.az saytının məlumatına görə, asiyalılar I robolimpiadanı təşkil etməyi planlaşdırırlar. Yarışlarda xarici görünüşünə əsasən, adamlara oxşayan müxtəlif ölkələrdən gətirilən robotlar iştirak edəcək.

Robolimpiada 16 idman növü üzrə baş tutacaq. Bu yarışlar arasında insanlara xas olmayan növlər də var. Məsələn, proqramda sürətli təmizləmək növü mövcuddur. Yarışlar Çində məşhur texnologiya institutunun yerləşdiyi Xarbin şəhərində təşkil olunacaq. Bu institutun tədqiqat qrupu bir müddət öncə robotlara futbol oynamağı öyrədib. Robolimpiadanın keçirilmə tarixi hələ dəqiqləşməyib.

Qeyd edək ki, Çin robotların yarışlarını təşkil etmək istəyən ilk ölkə deyil. Artıq bir neçə ildir ki, ABŞ-ın San Fransisko şəhərində robot oyunları keçirilir. Lakin orada təkcə adama oxşayan robotlar - humanoidlər deyil, digər maşınlar da mübarizə aparır.