16:48 09-11-2009
news_image
629
STOLÜSTÜ OYUNLAR

75 şahmatçı “donuz qripi”nə yoluxub

Rusiyanın Voloqda vilayətinin Çerepovts şəhərində keçirilən şahmat turnirin iştirakçıları “donuz qripi”nə yoluxublar. Apasport.az saytının məlumatına görə, yarışa qatılan 75 nəfərdə, o cümlədən 59 uşaqda A/H1N1 virusu tapılıb.
“Donuz qripi”nə yoluxanların 29-u (24-ü uşaq) yaxınlıqdakı xəstəxanaya yerləşdirilib. Səhhətləri nisbətən yaxşı olan digər şahmatçılar isə yarışın təşkil olunduğu istirahət bazasında müalicə alırlar. Noyabrın 1-də start götürmüş turnir ayın 8-də yarımçıq dayandırılıb.