17:29 13-11-2009
news_image
762
DİGƏR NÖVLƏR

Yığmaya çağırılmaq üçün son şans

1994-95-ci il təvəllüdlü oğlan otüstü hokkeyçilər arasında təşkil olunan Azərbaycan çempionatı başa çatmaq üzrədir. Azərbaycan Otüstü Hokkey Federasiyasının mətbuat katibi Yaqub Nuriyevin apasport.az saytına verdiyi məlumata görə, artıq yarışda ilk mərhələyə yekun vurulub.

Dörd klubun mübarizə apardığı çempionatda dairəvi görüşlərdən sonra “Təhsil” və “Aran” finalda oynamaq hüququ qazanıb. Sabah, həmçinin bürünc medalın da sahibi bilinəcək. Üçüncü yeri ya “Cənub”a, ya da Nizami RİOEUGİM tutacaq. Çempionatda özünü yaxşı tərəfdən göstərən otüstü hokkeyçilərin sayəsində 16 yaşlılardan ibarət Azərbaycan yığması formalaşdırılacaq.

III tur, 13 noyabr
“Təhsil” (Sumqayıt) - “Aran” (Mingəçevir, Gəncə) - 2:0
Nizami RİOEUGİM (Bakı) - “Cənub” (Masallı, Lənkəran, Astara) - 1:4

1.

“Təhsil”

3

3

0

0

9-0

9

2.

“Aran”

3

1

1

1

1-2

4

3.

“Cənub”

3

1

0

2

4-4

3

4.

Nizami RİOEUGİM

3

0

1

2

1-9

1


14 noyabr
saat 13:00. 3-cü yer uğrunda görüş: “Cənub” - Nizami RİOEUGİM
saat 14:30. Final: “Təhsil” - “Aran”