15:08 18-11-2009
news_image
622
DİGƏR NÖVLƏR

İlk dəfə Azərbaycanda

Azərbaycan Gənclər və İdman Nazirliyi (AGİN), Beynəlxalq Olimpiya Komitəsi (BOK), Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası (İAAF), Böyük Britaniyanın idman təşkilatı (UK Sport), Milli Olimpiya Komitəsi (MOK) və Azərbaycan Atletika Federasiyasının xətti ilə 2-ci dərəcəli məşqçilərin sertifikasiya sisteminə aid seminar keçirilir. Bu haqda apasport.az saytına AGİN-in mətbuat xidmətindən məlumat verilib.

Bakı, Xaçmaz, Astara, Balakən, Qax, Sumqayıt və digər şəhər və rayonlardan 15 gənc məşqçinin qatıldığı bu seminarda mühazirələri İAAF tərəfindən təyin edilmiş Aleksandr Kruqlikov (Qazaxstan) və Əhməd Nərimanov (Azərbaycan) aparır. Seminarın sonunda iştirakçılar imtahan verəcəklər. Uğurlu nəticə göstərənlərə İAAF-ın 2-ci dərəcəli sertifikatı təqdim olunacaq. Onu da əlavə edək ki, bu tədbir Avropa və MDB ölkələri arasında ilk dəfə Azərbaycanda keçirilir.