10:53 23-11-2009
news_image
552
STOLÜSTÜ OYUNLAR

3 şahmatçımız Dünya Kubokunun 1/32 finalında

Rusiyanın Xantı-Mansiysk şəhərində şahmat üzrə Dünya Kubokuna start verilib. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycanı təmsil edən 5 idmançıdan 3-ü yarışa uğurla başlayıb.

Belə ki, 1/64 final mərhələsində Teymur Rəcəbov və Vüqar Həşimov misirli, Şəhriyar Məmmədyarov isə rusiyalı xanım rəqibini asanlıqla məğlub edib.

Qədir Hüseynovun mərhələ adlayıb-adlamayacağına bu gün aydınlıq gələcək. O, Vesli So (Filippin) ilə ilk iki oyunun nəticəsinə əsasən bərabərə qaldığından, tay-breykdə qarşılaşacaq. Rauf Məmmədova gəlincə, yarış onun üçün vaxtında qabaq başa çatıb.

1/32 final oyunları sabah başlanacaq. Dünya Kubokuna dekabrın 14-də yekun vurulacaq.

1/64 final
Valaa Sarvat (Misir, 2405) - Vüqar Həşimov (2758) - 0:1; 0:1
Teymur Rəcəbov (2748) - Məhəmməd Ezat (Misir, 2472) - 1:0; 1:0
Şəhriyar Məmmədyarov (2719) - Aleksandra Kostenyuk (Rusiya, 2517) - 1:0; 1:0
Vesli So (Filippin, 2640) - Qədir Hüseynov (2625) - 1:0; 0:1
Rauf Məmmədov (2634) - Yançao Çou (Çin, 2629) - 0,5:0,5; 0:1