12:04 23-11-2009
news_image
827
STOLÜSTÜ OYUNLAR

10 yaşlı şahmatçımız dünya çempionu oldu! - FOTO

Azərbaycan 10 yaşlı şahmatçısı Günay Məmmədzadə Türkiyənin Antalya şəhərində keçirilmiş dünya çempionatında böyük uğura imza atıb. Apasport.az saytının məlumatına görə, şahmatçımız bütün yaşıdlarını qabaqlayaraq, qızıl medala sahib çıxıb. Çempionatda keçirdiyi 11 oyunun heç birində uduzmayan Məmmədzadə 1-ci yeri tutub. Bu yaş qrupunda yarışan digər həmvətənimiz Aydan Höccətova (8,5 xal) isə bürünc medala yiyələnib.

Bundan başqa, Nərmin Kazımova (16 yaşlılar) və Abdulla Qədimbəyli (8 yaşlılar) də fəxri kürsüyə yüksəlməyə yaxın olublar. Lakin hər iki şahmatçımız əmsallar cədvəlinə görə, medalsız qalıblar. Nərmin 8 xalla 4-cü, Abdulla isə 8,5 xalla 5-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, yeniyetmələr arasında dünya çempionatı 6 yaş qrupu (8, 10, 12, 14, 16 və 18 yaşlılar) üzrə keçirilib.