16:30 23-11-2009
news_image
2805
STOLÜSTÜ OYUNLAR

Şəhriyar Məmmədyarov bu gözələ rəhm etmədi - FOTOSESSİYA

Şahmat üzrə dünya çempionu Aleksandra Kostenyuk üçün Rusiyanın Xanti-Mansiysk şəhərində keçirilən Dünya Kuboku uğursuz alınıb. Apasport.az saytının məlumatına görə, 25 yaşlı cazibədar xanımın kefinə Azərbaycan yığmasının üzvü Şəhriyar Məmmədyarov soğan doğrayıb.

Şəhriyar yarışın 1/64 final mərhələsində Aleksandranı hər iki partiyada məğlub edərək, mübarizədən kənarlaşdırıb. Ancaq Məmmədyarov rusiyalı gözəlçənin şahmat taxtasından kənarda çəkdirdiyi şəkilləri görsəydi, yəqin ki, onu məyus etməzdi. Təkcə onu bildirək ki, Aleksandra Kostenyuka “Şahmatın Anna Kurnikovası” deyilir. Çox güman ki, əlavə şərhə ehtiyac yoxdur.