10:53 24-11-2009
news_image
840
STOLÜSTÜ OYUNLAR

Əlvida, Qədir Hüseynov!

Rusiyanın Xantı-Mansiysk şəhərində təşkil olunan şahmat üzrə Dünya Kuboku davam edir. Apasport.az saytının məlumatına görə, startda Azərbaycanın 5 zəka sahibi var idisə, indi onların sayı 3-ə enib. Rauf Məmmədovun ardınca, Qədir Hüseynov da yarışın 1/64 finalında uğursuzluğa düçar olub. Hüseynov filippinli Vesli So ilə ilk iki görüşdə bərabərə qalmışdı - 1:1. Tay-breykdə isə So ardıcıl 3 partiyada qalib gələrək, mərhələni adlayıb.

Beləliklə, Dünya Kubokunun 1/32 finalına Azərbaycan şahmatçılarından Teymur Rəcəbov, Vüqar Həşimov və Şəhriyar Məmmədyarov yüksəlib. Bu mərhələnin görüşləri 24-26 noyabr aralığında baş tutacaq. Turnirin qalibi isə dekabrın 14-də bilinəcək.