15:16 24-11-2009
news_image
662
DİGƏR NÖVLƏR

Yığmanın üzvünə 20 il cəza - FOTO

İtaliyalı velosipedçi Canni Da Ros ağır cəzaya məruz alıb. Apasport.az saytının məlumatına görə, İtaliya Olimpiya Komitəsi (CONI) 23 yaşlı idmançını 20 il müddətinə bütün yarışlardan diskvalifikasiya edib. Buna səbəb Canninin istifadəsi qadağan olunmuş dərman preparatlarından yararlanması və onların yayılmasında iştirakıdır.

Bu ilin martında əməliyyat keçirən İtaliya polisi dopinq maddələrinin istifadəsi və yayılmasını həyata keçirən 12 nəfərlik qrupu yaxalamışdı. Qrupda Canni Da Ros da var idi. Sözügedən velosipedçi şərəfini qoruduğu “Likviqas” klubu tərəfindən də cəzalandırılıb. O, özündən başqa daha iki velosipedçini bu işə cəlb etməkdə günahlandırılır. Bu səbəbdən CONI Davide Lukatonu idmandan 8, Albino Koratsini isə 2 illiyə uzaqlaşdırılıb.