18:03 24-11-2009
news_image
566
DİGƏR NÖVLƏR

Gənclər və İdman Nazirliyində totalizator şöbəsi yaradılır

Yaxın günlərdə Gənclər və İdman Nazirliyində yeni şöbə yaradılacaq. Bu haqda Lent.az-a nazirliyə yaxın mənbələrdən məlumat verilib. Məlumata əsasən, yeni şöbə lotereya və totalizator oyunlarına nəzarət edəcək. Hələlik şöbənin strukturu və rəhbəri açıqlanmır.

Qeyd edək ki, iyunun 30-da Milli Məclisdə qəbul olunan “Bədən Tərbiyəsi və İdman haqqında” qanuna əlavə və dəyişikliklər layihəsinə idmanın lotereyalar və totalizatorlar vasitəsi ilə maliyyələşdirilməsini nəzərdə tutan yeni müddəa daxil edilib.