12:19 25-11-2009
news_image
489
DİGƏR NÖVLƏR

Azad Rəhimov Kubaya getdi

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Kubaya yollanıb. Nazirliyin mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, Rəhimovu “Azadlıq adası”na bu ölkənin İdman, Fiziki Tərbiyə və İstirahət Milli İnstitutunun (Təşkilatı) sədri dəvəti edib. Səfər zamanı iki ölkə arasında idman sahəsində əməkdaşlıq məsələlərinin müzakirəsi, həmçinin “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Kuba Respublikasının İdman, Fiziki Tərbiyə və İstirahət Milli İnstitutu (Təşkilatı) arasında bədən tərbiyəsi və idman sahəsində əməkdaşlıq haqqında Saziş”in imzalanması nəzərdə tutulub.

Bundan başqa, səfər çərçivəsində Azad Rəhimovun Kubanın gənclər təşkilatının rəhbəri ilə görüşəcəyi, dopinqə qarşı mübarizə mərkəzi və beynəlxalq idman məktəbinə baş çəkəcəyi gözlənilir.