22:16 25-11-2009
news_image
587
STOLÜSTÜ OYUNLAR

Teymur Rəcəbov Dünya Kubokundan erkən ayrıldı

Şahmatçımız Teymur Rəcəbov Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən Dünya Kubokunda mübarizəni başa vurub. Apasport.az saytının məlumatına görə, həmyerlimiz 1/32 finalda Konstantin Sakayevə (Rusiya, 2619) uduzub. Əvəzində Şəhriyar Məmmədyarovla Vüqar Həşimov 1/16 finala vəsiqə qazanıb.
Qeyd edək ki, daha öncə qrossmeysterlərimizdən Rauf Məmmədovla Qədir Hüseynov mübarizəni 1/64 finalda dayandırıb.