17:46 26-11-2009
news_image
620
DİGƏR NÖVLƏR

Qılıncoynatma üzrə dünya çempionatı Bakıda keçiriləcək

Qılıncoynatma üzrə gənclər və yeniyetmələr arasında dünya çempionatı Bakıda keçiriləcək. Azərbaycan Qılıncoynatma Federasiyasından apasport.az saytına verilən məlumata görə, 2010-cu ildə təşkil olunacaq dünya birinciliklərinin təşkilatçılıq hüququ ölkəmizə verilib. Turnir gələn il aprelin 1-dən 10-dək keçiriləcək. Yarışın açılış günü Ümumdünya Qılıncoynatma Federasiyasının Baş Assambleyasının Bakı iclası olacaq.