12:58 28-11-2009
news_image
734
DİGƏR NÖVLƏR

Dünyanın ən varlı idmançısı ağır qəzaya uğradı

Dünyanın ən varlı idmançısı, məşhur qolfçu Tayqer Vuds avtomobil qəzasına uğrayıb. Lent.az-ın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, Vuds Florida ştatının Orlando şəhərindəki evinin ərazisindən çıxan zaman idarə etdiyi idman “Kadillakı” yanğınsöndürən maşın tərəfindən vurulub. Kənara atılan avtomobil ağaca çırpılıb.

Polis əməkdaşları bildiriblər ki, 33 yaşlı idmançı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Bir qədər sonra isə “CNN” telekanalı Vindermir şəhərinin merinə istinadən bildirib ki, Tayqer Vuds üzündən yaralanıb və artıq evə buraxılıb. Hələlik zədənin ağırlıq dərəcəsi barədə məlumat yoxdur.

Vuds karyerası ərzində 93 turnirin, o cümlədən Professional Qolf Assosiasiyasının 71 yarışının qalibi olub. O, bu göstəriciyə görə qolf tarixində 3-cü yerdə gəlir. Bundan əlavə o, dünyanın ən varlı idmançısı sayılır. “Forbes”in məlumatına görə, Tayqer Vudsun təkcə idman yarışlarındakı mükafat fondundan əldə etdiyi gəlir 1 milyard dolları keçib.