00:01 30-11-2009
news_image
638
STOLÜSTÜ OYUNLAR

Bizimkilər üçün Lezniçka və Karuan

Rusiyanın Xantı-Mansiysk şəhərində şahmat üzrə keçirilən Dünya kuboku davam edir. Apasport.az saytının xəbərinə görə, artıq 1/8 final mərhələsində qarşılaşacaq cütlüklər bəlli olub.

Həmyerlilərimizdən Şəhriyar Məmmədyarov çex Viktor Lazniçka ilə qarşılaşacaq. O bu rəqibini məğlub edə bilsə növbəti mərhələdə Nikita Vityuqov (Rusiya) – Sergey Karyakin (Ukrayna) cütünün qalibi ilə üz-üzə gələcək.

Vüqar Həşimovun rəqibi isə italiyalıdır. Şahmatçımız Fabiano Karuananı mübarizədən kənarlaşdırarsa, Etyen Bakro (Fransa) – Ruslan Ponomaryov (Ukrayna) cütün qalibi ilə oynayacaq.

Digər partiyalarda Boris Qelfand (İzrail) - Maksim Vaşer-Laqrav (Fransa). cütünün qalibi Aleksandr Qrişuk (Rusiya) – Dmitri Yakovenko (Rusiya) cütünün qalibi ilə mübarizə aparacaq.

Petr Svidler (Rusiya) – Aleksey Şirov (İspaniya) cütünün ən yaxşısını isə növbəti mərhələdə Uesli Sou (Filippin) – Vladimir Malaxov (Rusiya) cütünün qalibi ilə oyun gözləyir.