20:57 01-12-2009
news_image
975
STOLÜSTÜ OYUNLAR

Məmmədyarovu Karyakin, Həşimovu tay-brek gözləyir - YENİLƏNİB

Azərbaycan şahmat yığmasının üzvü Şəhriyar Məmmədyarov Dünya Kubokunun 1/4 finalına yüksəlib. Apasport.az saytının məlumatına görə, 24 yaşlı həmvətənimiz Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən yarışın 1/8 final mərhələsində çexiyalı Viktor Lazniçkanı məğlub edib. İlk oyunda qalib gələn Məmmədyarov bu gün heç-heçəyə imza atıb. O, görüşün 13-cü gedişində “sülh” bağlayaraq, ümumi hesabda 1,5:0,5 hesabı ilə qalib gəlib. O növbəti mərhələdə ukraynalı Sergey Karyakinlə qarşılaşacaq.

Digər şahmatçımız Vüqar Həşimov isə Fabiano Karuananı sınağa çəkib. Bu şahmatçıların ilk oyunu bərbərliklə nəticələnmişdi. İkinci qarşılaşmada da bərabərlik qeydə alındığından qalib sabah baş tutacaq tay-breykdə bəlli olacaq.