17:39 01-12-2009
news_image
530
DİGƏR NÖVLƏR

Azad Rəhimov Kubada kommunistlərlə görüşdü

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Kubaya işgüzar səfərdən qayıdıb. Nazirliyin mətbuat katibi Səmayə Məmmədovanın apasport.az saytına verdiyi məlumata görə, Rəhimov Kuba Respublikasının İdman, Fiziki Tərbiyə və İstirahət Milli İnstitutunun (Təşkilatı) sədrinin dəvəti ilə 3 gün bu ölkədə olub.

Səfər zamanı nazir Kuba İdman, Fiziki Tərbiyə və İstirahət Milli Təşkilatında, Kuba Beynəlxalq İdman Mütəxəssisləri Mübadiləsi Təşkilatında, Milli Dopinqə Nəzarət Laboratoriyasında, idmançıların hazırlığı üzrə “Serra Pelado” ali məktəbində görüşlər keçirib. Həmçinin, səfər çərçivəsində “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Kuba Respublikasının İdman, Fiziki Tərbiyə və İstirahət Milli İnstitutu (Təşkilatı) arasında bədən tərbiyəsi və idman sahəsində əməkdaşlıq haqqında saziş” imzalanıb.

Rəhimov Kubada həm də Gənc Kommunistlər Təşkilatının rəhbərləri, baş nazirin müavini, Milli Olimpiya Komitəsinin prezidenti Xose Ramon Fernandes və digər rəsmilərlə görüşüb.