17:25 02-12-2009
news_image
1310
STOLÜSTÜ OYUNLAR

Vüqar Həşimov Dünya Kubokunun1/4 finalında - YENİLƏNİB

Azərbaycan şahmatçısı Vüqar Həşimov Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən Dünya Kuboku uğrunda yarışın 1/4 finalına yüksəlib. Apasport.az saytının məlumatına görə, 23 yaşlı həmvətənimiz 1/8 finalda italiyalı Fabiano Karuananı üstələyib.

Tərəflər arasında ilk iki oyun heç-heçə nəticələndiyindən, bu gün tay-breyk olub. İlk tay-breyk görüşündə Vüqar qələbə qazanıb. O, rəqibini 30-cu gedişdə mat edib.

Növbəti görüş də Həşimovun qələbəsi ilə başa çatıb. Tay-breykin 3-cü oyununda isə şahmatçılar 39-cu gedişdə heç-heçəyə razılaşıblar. Bu, Vüqarın 1/4 finala çıxmasına kifayət edib - 3,5:1,5.

Qeyd edək ki, 1/4 finalda şahmat yığmamızın digər üzvü Şəhriyar Məmmədyarov da oynayacaq.