18:30 03-12-2009
news_image
1537
STOLÜSTÜ OYUNLAR

Məmmədyarov uduzdu, Həşimov heç-heçə oynadı - YENİLƏNİB

Rusiyanın Xantı-Mansiysk şəhərində təşkil olunan şahmat üzrə Dünya Kubokunda bu gün 1/4 final mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, bu mərhələdə Azərbaycanın şərəfini Vüqar Həşimovla Şəhriyar Məmmədyarov qoruyur. Maraqlıdır ki, hər iki qrossmeysterimizin 1/4 finalda rəqibi Ukrayna təmsilçisidir.

İlk oyun bu gün Bakı vaxtı ilə saat 14:00-da başlanıb. Şahmatçılar sabah növbəti dəfə üz-üzə gələcəklər. İki görüşün nəticəsinə əsasən qalib gələcək oyunçu yarımfinala yüksələcək. Əgər ümumi nəticə bərabər olarsa, şahmatçılar dekabrın 5-də tay-breykdə qüvvələrini sınayacaqlar. Dünya Kubokuna dekabrın 14-də yekun vurulacaq.

3 saat yarımlıq mübarizədən sonra Həşimovun Ponomaryovla görüşü başa çatıb. Tərəflər 42-ci gedişdə bərabərliyə razılaşıblar. Məmmədyarov isə lövhədən məyus ayrılıb. Qara fiqurlarla oynayan həmyerlimiz 58-ci gedişdə təslim olub.

1/4 final, ilk oyunlar
Ruslan Ponomaryov (Ukrayna, 2739) - Vüqar Həşimov (2758) - 0,5:0,5
Sergey Karyakin (Ukrayna, 2723) - Şəhriyar Məmmədyarov (2719) - 1:0