18:22 04-12-2009
news_image
1428
STOLÜSTÜ OYUNLAR

Əlvida, Şəhriyar! - YENİLƏNİB

Bu gün Rusiyanın Xantı-Mansiysk şəhərində təşkil olunan şahmat üzrə Dünya Kubokunun 1/4 finalında cavab oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, baş tutan 4 görüşdən ikisi Azərbaycan təmsilçilərinin iştirakı ilə olub.

1/4 final, cavab görüşləri

Vüqar Həşimov (2758) - Ruslan Ponomaryov (Ukrayna, 2739) - 0,5:0,5 (ilk oyun - 0,5:0,5)
Şəhriyar Məmmədyarov (2719) - Sergey Karyakin (Ukrayna, 2723) - 0,5:0,5 (ilk oyun - 0:1)

Dünən olduğu kimi, Vüqar Həşimov yenə lövhədən sülhlə ayrılıb. Ağlarla oynayan həmyerlimiz 15-ci gedişdə Ponomaryovla xalları yarı bölüb. Yarımfinala çıxmaq üçün sabah rəqiblər arasında tay-breyk oyunları keçiriləcək.

Məmmədyarov isə 65-ci gedişdə heç-heçəyə razılaşaraq, ümumi hesabda uduzub.