14:31 04-12-2009
news_image
888
DİGƏR NÖVLƏR

Bakıda lisenziya xarakterli dünya çempionatı

Gələn ilin aprel 1-dən 10-dək Bakıda qılıncoynatma üzrə keçiriləcək kadetlər və yeniyetmələr arasında dünya birinciliyi Yeniyetmələrin I Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan Qılıncoynatma Federasiyasının (AQF) baş katibi Ramin Məmmədov deyib.

Bu gün keçirilən mətbuat konfransında Məmmədov bildirib ki, birinciliyə şpaqa, sablya və rapira növündə 100-ə qədər ölkənin idmançıları qatılacaq: “Texniki heyət də nəzərə alınmaqla, yarış zamanı təxminən 10 min insanın paytaxtımıza gələcəyi gözlənilir. Artıq təşkilati məsələlərə başlamışıq. Biz dünya birinciliyini keçirmək istəyirik ki, 2012-ci il gənclərin Avropa çempionatının da təşkilatçılıq hüququnu əldə edək. Avropa çempionatı ilə bağlı gələn ilin iyulunda Moskvada yekun qərar veriləcək”.

Dünya birinciliyi Heydər Əliyev adına İdman-Konsert Kompleksində baş tutacaq. Yarışın baş sponsoru “Avrositi” Holdinqdir.