20:24 05-12-2009
news_image
885
STOLÜSTÜ OYUNLAR

Vüqar Həşimov Dünya Kuboku ilə vidalaşdı

Bu gün Rusiyanın Xantı-Mansiysk şəhərində təşkil olunan şahmat üzrə Dünya Kubokunun 1/4 finalında tay-breyk oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, yarımfinala çıxmaq şansı olanlar arasında həmyerlimiz Vüqar Həşimov da var.

Milli komandamızın üzvü bu gün Bakı vaxtı ilə saat 14:00-da ukraynalı Ruslan Ponomaryovla üz-üzə gələcək. Tərəflər arasında 4 partiyanın oynanılması nəzədə tutulub.

Qrossmeysterlər arasında son iki gündə baş tutan partiyalarda qalib müəyyənləşmədiyindən, növbəti mərhələyə kimin vəsiqə qazanacağı tay-breyk oyunlarından sonra bilinəcək.

1/4 final, tay-breyk görüşləri

Vüqar Həşimov (2758) - Ruslan Ponomaryov (Ukrayna, 2739) - 0,5:2,5

İlk partiyaya yekun vurulub. Qara fiqurlarla oynayan həmyerlimiz 48-ci gedişdə məğlub olub.

Rəqiblər arasındakı ikinci partiya da başa çatıb. Təəssüf ki, Vüqar ağ fiqurlarla oynamasına baxmayaraq, 55-ci gedişdə təslim olub.

Üçüncü görüşdə heç-heçə qeydə alınıb. Bu isə artıq Həşimovun mübarizəni dayandırması deməkdir. Tay breyk oyunlarının yekununda 2,5:0,5 hesablı qələbə qazanan Ponomaryov yarımfinala yüksəlib.