15:58 07-12-2009
news_image
3505
DİGƏR NÖVLƏR

“O, yalnız seks üçün mənə zəng vururdu” - FOTOSESSİYA

Bir müddət öncə avtomobil qəzasına düşən dünyanın ən yaxşı qolfçusu Tayqer Vudsla bağlı maraqlı faktlar ortaya çıxıb. Apasport.az saytının məlumatına görə, 34 yaşlı idmançı həyat yoldaşı, isveçli model Elin Nordeqrenə xəyanət edib. Beş illik ailə həyatına və iki övladı olmasına baxmayaraq, Vuds başqa qadınlarla gəzməyə üstünlük verib. Onun eyni vaxtda müxtəlif yerlərdə 9 qadınla ünsiyyətdə olduğu müəyyənləşdirilib. Artıq həmin qadınlardan dördünün kimliyi məlumdur.

Bir ofisiant xanımın - Mindi Loutonun Tayqer Vuds barədə söylədikləri isə şok effekti yaradıb. O, qolfçunun yataq sirləri haqda danışaraq, qeyri-adi səhnələrlə rastlaşdığını bildirib: “Tayqer seks zamanı məni sillələməyi və saçımdan tutub dartmağı xoşlayırdı. Bundan başqa, məndən tərbiyəsiz sözlər işlətməyi xahiş edirdi. Seksdən sonra mən o qədər yorulurdum ki, cırılmış kuklaya oxşayırdım”.

33 yaşlı ofisiant tezliklə Vudsun məqsədini anlayıb: “Mən ona həqiqətən də vurulmuşdum. Lakin sonradan başa düşdüm ki, o, məndən istifadə edir və yalnız seks üçün zəng edir. Tayqer məndən seks-oyuncaq kimi yararlanırdı. Mənə dəyər verəcəyini düşünürdüm, ancaq o, təkcə öz şəhvətinin qayğısında idi. O, eqoist, insafsız adam idi”. Loutonun növbəti sözləri isə daha böyük marağa səbəb olub: “Əgər Vudsu 10 ballıq şkala ilə qiymətləndirmək lazım gəlsəydi, ona 12 bal verərdim”. Qolfçunun ofisiantla münasibətləri təxminən 1 il sürüb.

Hadisə günü Tayqer evdə həyat yoldaşı ilə mübahisə edib. Daha sonra avtomobilinə minən idmançı onu yaxınlıqdakı ağaca çırpıb. Xoşbəxtlikdən sağ qalan Vuds xanımına xəyanət etdiyini boynuna alıb: “Mən özümü ailəyə münasibətdə layiqli aparmamışam və öz qiymətimi itirmişəm. Bundan sonra yaxşı kişi və yaxşı ata olmağa çalışacağam”.

Psixoloq Devid Smolvudun fikrincə, Vuds seks-narkomandır və onun təcili müalicəyə ehtiyacı var.

Qeyd: 1-ci şəkil Vuds və onun həyat yoldaşınındır. Digər şəkillərdə isə qolfçunun münasibətdə olduğu iddia edilən 4 qadın təsvir olunub.