15:46 09-12-2009
news_image
608
STOLÜSTÜ OYUNLAR

Əvvəl Avropa çempionatı, sonra Yeni il bayramı

Azərbaycan şahmatçısı Vüqar Həşimovun bu il iştirak edəcəyi son yarış müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 23 yaşlı qrossmeyster dekabrın 19-20-də Polşada keçiriləcək rapid üzrə Avropa çempionatında qüvvəsini sınayacaq. O, yarışın reytinq-favoriti olacaq. 2758 reytinq balına malik Həşimovdan savayı, qitə birinciliyində Vasili İvançuk (Ukrayna, 2739), Aleksey Şirov (İspaniya, 2719), Sergey Movsesyan (Slovakiya, 2718), Vladimir Malaxov (Rusiya, 2708) və digərləri iştirak edəcək. Ümumilikdə çempionata 700 şahmatçı qatılacaq.

Mənbə: extratime.az