14:51 10-12-2009
news_image
739
DİGƏR NÖVLƏR

Nazpəri Dostəliyeva: Yaxşı at çapmağı bacarıram

Azərbaycanın xalq artisti Nazpəri Dostəliyeva idmanla məşğul olsa da, heç bir idmançıya azarkeşlik etmir. Apasport.az saytının məlumatına görə, bunu müğənni özü deyib.

O, Pekin Yay Olimpiya Oyunlarında hamı kimi, cüdoçu Elnur Məmmədlinin qızıl medal qazanmasına sevinib. Müğənni böyük miqyaslı idman yarışlarından və nəticələrdən xəbər tutur. Lakin o, azarkeş deyil. Bununla yanaşı, Dostəliyeva at yarışlarını izləyir: “Yaxşı at çapmağı bacarıram, bu mənim hobbimdir”.

Mənbə: SİA