10:32 14-12-2009
news_image
2866
DİGƏR NÖVLƏR

Bir gecəlik seks üçün 15 min dollar

Dünyanın ən çox qazanan idmançısı, qolfçu Tayqer Vudsla bağlı daha bir şok effektli xəbər yayılıb. Apasport.az saytının ABŞ-ın “Nyu York Post” qəzetinə istinadən məlumatına görə, 34 yaşlı idmançı əyləncələrə külli miqdarda pul xərcləyib.

Vudsun ağlasığmaz hərəkətləri barədə mühafizə xidmətinin sahibi olan və “Hollivudlu xanım” ləqəbini daşıyan Mişel Braun danışıb. O deyib ki, qolfçu 2006-07-ci illərdə görüşdüyü qadınların yolunda xeyli pul töküb: “O, həmişə gözəl qadınlarla görüşməyi xoşlayırdı. Həmin vaxt Tayqer 6 görüş üçün toplam 60 min dollar xərclədi. Onların arasında ən yaxşısı isə Manhettendən Loredana adlı qız idi. Vuds ona bir gecəlik 15 min dollar pul verdi”.

Xatırladaq ki, məşhur qolfçunun həyat yoldaşı Elin Nordeqrenə xəyanət etdiyi son vaxtlar ortaya çıxıb. Bundan sonra xanımı ilə tez-tez mübahisə edən Tayqer ötən ay Florida ştatının Orlando şəhərindəki evinin ərazisində ağır avtomobil qəzasına uğrayıb. Xoşbəxtlikdən sağ qalan idmançı həyat yoldaşına xəyanət etdiyini boynuna alıb və hərəkətindən peşmançılığını gizlətməyib.