16:36 17-12-2009
news_image
782
STOLÜSTÜ OYUNLAR

Yığmamızın üzvü superturnirdə

Azərbaycan şahmatçısı Vüqar Həşimov (2758) Linares superturnirində iştirak edəcək. Apasport.az saytının məlumatına görə, 23 yaşlı zəka sahibi bu yarışda mübarizə aparacaq ikinci azərbaycanlı şahmatçı olacaq. Belə ki, əvvəllər bu ənənəvi superturnirə yığmamızın lideri Teymur Rəcəbov qatılırdı.

Qarşıdakı yarışda Həşimovun kifayət qədər ciddi rəqibləri olacaq. Hazırda dünyanın bir nömrəli şahmatçısı sayılan Velesin Topalov (Bolqarıstan, 2810), Levon Aronyan (Ermənistan, 2786), son qalib Aleksandr Qrişuk (Rusiya, 2736), Fransisko Valyexo (İspaniya, 2711), Boris Qelfand (İsrail, 2758) və digərlərinin turnirə qatılacağı gözlənilir. İstedadlı norveçli idmançı Maqnus Karlsen də öncə iştiraka razılıq vermişdi. Lakin sonradan o, qeyri-müəyyən səbəbdən təşkilatçıların təklifindən imtina edib.

Linares superturniri 2010-cu il 12-25 fevral aralığında keçiriləcək.

Mənbə: extratime.az