10:07 18-12-2009
news_image
629
DİGƏR NÖVLƏR

İlk “10-luq” açıqlandı

Azərbaycan Milli Paralimpiya Komitəsi ilin ən yaxşı 10 idmançısının adını açıqlayıb. Apasport.az saytının məlumatına görə, siyahıda il ərzində yüksək nəticələr göstərmiş paralimpiyaçılar yer alıblar. Maraqlıdır ki, ilk “10-luq”da qərarlaşan idmançıların yarısı cüdoçudur.

2009-cu ilin ən yaxşı 10 paralimpiyaçısı bunlardır: Hüseyn Həsənov, Oleq Panyutin (hər ikisi uzunluğa tullanma), Oluxan Musayev (nüvətullama), Vladimir Zayats (üç təkanla tullanma), Əkbər Muradov (güllə atıcılığı), İlham Zəkiyev, Ramin İbrahimov, Rövşən Səfərov, Kərim Sərdarov və Tofiq Məmmədov (hamısı cüdo).