12:57 19-12-2009
news_image
619
DİGƏR NÖVLƏR

2009-cu ilin ən yaxşıları “Buta”ya toplaşır

Gənclər və İdman Nazirliyinin ilin yekunları ilə bağlı ənənəvi tədbirinin vaxtı və yeri müəyyənləşib. Lent.az-ın məlumatına görə, tədbir dekabrın 24-də “Buta Palace” Konsert-Banket Kompleksində təşkil olunacaq.

Mərasimdə 2009-cu ilin ən yaxşı idmançıları, məşqçisi, federasiyası, jurnalisti, idman nəşri və digər nominasiyalar üzrə qaliblər mükafatlandırılacaqlar. Tədbirə idman ictimaiyyətinin nümayəndələri qatılacaqlar.