13:19 21-12-2009
news_image
665
STOLÜSTÜ OYUNLAR

Vüqar Həşimov Avropa çempionatında 15-ci yeri tutdu

Azərbaycan yığmasının üzvü Vüqar Həşimov Polşada keçirilən sürətli şahmat üzrə Avropa çempionatında 15-ci yeri tutub. Apasport.az saytının xəbərinə görə, İsveçrə sistemi üzrə keçirilən turnirdə beynəlxalq qrossmeysterimiz 13 oyundan 9,5 xal toplayıb. Müxtəlif ölkələrdən 697 şahmatçının qatıldığı qitə çempionatının qalibi adına isə rusiyalı Vladimir Malaxov (11,5 xal) sahib çıxıb.

AzərTac