11:23 24-12-2009
news_image
10653
DİGƏR NÖVLƏR

Doqquz çılpaq qar qızın əhatəsində - FOTO

Son vaxtlar başı qalmaqaldan açılmayan Tayqer Vuds Yeni il bayramı münasibətilə fotoobyektiv qarşısına keçib. Apasport.az saytının məlumatına görə, amerikalı qolfçu 9 çılpaq qar qızın əhatəsində şəkil çəkdirib. Bu, Böyük Britaniya qəzetlərindən birinin ideyasıdır.

Qar qızların sayının 9 olması isə heç də təsadüfi deyil. Görünür, bu ideya irəli sürənlər Vudsun son aylarda eyni zamanda 9 qadınla eşq macərası yaşamasına işarə vurublar. Məhz xəyanətə görə, Tayqer həyat yoldaşı Elin Nordeqrenlə tez-tez mübahisə edirdi. Növbəti mübahisələrdən biri isə xoşagəlməz hadisə ilə nəticələnmişdi. İdmançı evdən hirsli çıxaraq, avtomobil qəzasına düşmüşdü.

İndi dünyanın ən yaxşı idmançısı karyerasına fasilə verib. Onun əsas məqsədi həyat yoldaşının ondan ayrılmasının qarşısını almaqdır.